Urey.Az.....2.
Mafia Club Yeni Versiya
Oyun qaydaları !

Oyunu bilməyənlər aşağıda kı qaydaları oxuyub öyrənsinlər realda necədi burda da elə gedəcəy mafia ! Aparıcılar oxusun bu qayda ilə aparsın qayda pozanlar haqqında da yazılıb aşağıda !

Qayda pozuntuları !

1 Nickdən artıq nicklə kart almaq, oyunda and içmək, soyuş söymək, kəlməm kəlmədi, sənöl vurmaq, Donam, Qurdam, Mafiozam, Mafiyayam vəya digər kartlardanam dəmək olmaz yalnız vətəndaşam deyə bilər bütün kartlar qalan hallarda avtomatik kart açılır ! Oyun başladığı zaman ilk öncə 16 nəfərlikdisə Vip qorunma satışı olur bu qorunma alan şəxs aznlə alır və son 6 nəfər qalana kimi tam toxunulmaz olur ! Bu qorunma yalnız +16 oyunlarda olur ! Vip dən sora Mer, Security və Neger kartı hədəf qoruyur və səs verməyə keçilir ! Səs vermə zamanı hər hansı nickə səs verərək şüpəli seçə bilərsiz !

Səs vermə məqsədi oyunda şüpələndiyinizə səs verərək onun kartı haqqında danişmağa məcbur etməkdi ! Ən çox səsi olan nick şüpəli çıxır və özünü qoruyur, istəsə qorumaya bilər bu prosesdən sora onun gedib qalması sizdən aslı olur istəsəz getsin, istəsən qalsın diyerək oyunda saxlaya bilərsiz !

Kart qaydaları !

1) Don Mafia » Bu kart Mafiaların silahlı kartıdı hər səs vermə sorası mafia gecəsi olur və bir nicki oyundan kənarlaşdırır, aparıcıya şəxsi yazaraq gecəsi olan kartlardan heç kimin öldürə bilmədiyi Killer kartını vurmaq ixtiyarı var !

2) Qurd Mafia » Bu kart Donun varisi fuksiyasında olur Don Mafia ölərsə, Qurd Mafia kartına gecə verilir və Donun qisasın almağa çalışır !

3) Mafioz » Bu kart Donun köməkçisi rolunda olur ! Don Mafianı bacardığı qədər şüpədən uzaq tutmalı lazım olarsa özün qurban etməlidir ! Don Mafia oyunda olmasa Mafioz, Donun yerinə keçə bilər !

4) Komissar » Bu kart gecəsi olan kartlardandır ! 2-Ci gecə onundu və sivillərin silahli yeganə kartıdı funksiyası hər səs vermə sorası Aparıcıya şəxsidə bir nick yazıb oyundan kənarlaşdırmalıdı amma o yazdığı nick Mafia olması üçün oyunu diqqətlə izləməli və Mafiaları üzə çıxarmalıdır !

5) Mer » Bu kart oyunda qoruyucu funksiyası daşıyır oyun başladığı zaman Aparıcı Mer kimi qoruyursan yazdığı vaxt Aparıcıya şəxsi olaraq nick yazmalıdı və yazdığı nick Killer, Kamikadze, Bombacı xaric toxunulmaz olur yalnız səsdə gedə bilər ! Mer kartının qoruduğu kartın gecəsi varsa və gecədə Maq, Kiborg, Vip Sakin, Əzrayıl və Neger kartının qoruduğu kartı hədəf alarsa oyunda ölə bilər !

6) Manyak » Bu kart gecəsi olan kartlardandı ! 3-Cü gecə onun olur gecəsində istərsə Mafia, istərsə sivil uzaqlaşdıra bilər ! Manyak kartı oyunda Komissarı hədəf alarsa özü oyundan xaric edilir !

7) Killer » Bu kart oyunun ən güclü kartlarından biridi ! 3 Gecə onun olur və gecəsi olan kartlardandı gecəsində Əzrayıl, Kiborg və Kabus kartları istisna, bütün kartları öldürə bilər yalnız onu isə Don Mafia vura bilər. ! Killer kartı Əzrayıl kartını hədəf alarsa, özü ölür, Kiborg kartını vurarsa özü ölür və Kiborg onun yerinə keçir və oyunu Killer kimi davam edir ! Kabus kartını hədəf alarsa Killerin hədəfi boşa çıxmış olur və növbəti səs vermədən sonra 4-cü gecədə Killer hədəf seçmə şansından məhrum olur !

8) Satqın » Bu kart oyunun ən ecazkar kartlardan biridi gecəsi yoxdu amma təqdimatı olur Manyak gecəsindən sora Aparıcıya şəxsi bir nick yazır Aparıcı o nickin kartın Satqına diyəndə istəsə hamıya deyə bilər ! Satqın onun kimliyin istəməsə tək özündə sirr saxlaya bilər ! Satqına, Maq, Killer, Ninja, Əzrayıl və Kiborg kartlarını sata bilmir !

9) Maq » Bu kart oyunun ağsaqqal kartı hesab olunur Killer xaric kim onu hədəf alarsa Maqdan soruşulur hər hansı kart vurdu getməyin istəyirsən qalmağın, qalsın desə onu vuran oyunda qalır oyun davam edir ! Getsin deyərsə vuran adam özü ölür ! Maq yalnız səs vermə vəya Killer vurarsa ölür !

10) Ninja » Bu kart gecəsi olmayan kartlardandır amma kimsə Killer xaric onu vurarsa oyanır buna Ninja oyanması deyilir və Aparıcıya 2 nick yazır öldürmək istədiyi yeganə kartdır ki, 2 nick xaric edə bilir ! Onu isə Killer öldürə bilər vəya özü Maqa, Obritinə ilişib ölə bilər !

11) Kamikadze » Bu kart gecəsiz kartdır amma funksiyası istədiyi zaman partlayış edib özüylə kimi apara bilər vəya Killer xaric kimsə onu vurub partlatdığı zaman məcburi özüylə nick yazıb apara bilər ! Killer vurduğu zaman bir başa deaktiv olur !

12) Vətəndaş » Bu kart sivilləri təmsil edir !

13) Obritin » Bu kart dublikat funksiyasın alır ! Yəni Don Mafia vurarsa Mafioz, Komissar vurarsa vətəndaş digər kartlar vurarsa isə kartın əvəz edir ! Obritin yalnız ilk güllədən Killer və ya Əzrayıl deaktiv edə bilər və ya səs vermə ilə gedə bilər ! 16 və daha çox oyunçu iştirak etdiyi oyunlarda aşağıdakı kartlar aktiv edilə bilər !

14) Oğru » Bu kart Vip alındıqdan sonra hansı nickin kartı oğurlayacağı seçimini edir və həmin kartın sahibi ölür və oğru kartı dəyişdirilərək oğurladığı kartla oyuna davam edir !

15) Security » Bu kart Mer qorunmadan sonra ikinci qorunma seçimi olan kartdır ! Security kartının qoruduğu hədəf alınarsa Security özü ölür və qorunma qüvvədən düşür !

16) Neger » Bu kart oyunda qoruyucu kartlar sırasındadır və Mer, Security kartları qorunmalarını seçdikdən sonra 3-cü qorunma seçimi olan kartdır ! Negerin qoruduğu kart gizli qalır və oyun ərzində Neger oyunda qaldığı müddətdə Negerin qoruduğunu Əzrayıldan başqa hansı kart hədəf alarsa özü ölür !

17) Həkim » Bu kart Don Mafia gecəsindən öncə bir nəfəri qoruma altına alır ! Qoruduğu kart Don Mafia gecəsində Don hədəfi olarsa, Həkim klass göstərərək həmin kartı sehirli əlləri ilə sağaldaraq oyunda saxlayır və oyunda olduğu müddətcə hər Don gecəsindən öncə fərqli kartları qorunma hüququ var !

18) Arsonist » Bu kart Don Mafia, Komissar, Killer gecələrindən əvvəl hədəf seçir ! Əgər Manyak gecəsindən öncə digər gecələrdə seçdiyi hədəflər oyundadırsa, intihar etmə hüququ Arsonist intihar edərsə seçdiyi öncəki hədəflər də onunla bərabər ölür və Arsonist özü sonda oyuna qalib kimi qayıdır !

19) Çavuş » Bu kart oyunda Komissarın qisas alıcı kartıdır və Komissar ölərsə Çavuş kartına gecə verilir və Komissarın qisasını almağa çalışır. ! Komissar, Killer hədəfi olarsa belə Çavuş, Killeri vurduqda Killer ölür ! Kamissar, Əzrayıl hədəfi olubsa Çavuşa gecə verilmir !

20) Vip Sakin » Bu kart sivilləri təmsil edir və son altılığa qədər Killer və Əzrayıl istisna kim bu kartı hədəf alarsa özü oyundan xaric olunur !

21) Kiborg » Bu kart neytral kartdır və Əzrayıl istisna hansı kart bu kartı hədəf alarsa oyundan xaric edilir və Kiborg həmin kartı əvəz edərək oyuna davam edir !

22) Bombacı » Bu kart gecəsi olmur ! 10-luğa kimi adı çəkilmir amma 10-luqda Kamikadze kartı sağdısa Aparıcı Kamikadze kartın Bombacı kartı ilə əvəz edir və əvəzlənmədən sora kim onu hədəf alarsa Komissar hədəf alarsa avtomatik vətəndaşları bərabər heyyəti olur vəya Don hədəf alarsa Mafiozları bərabər heyyəti olur ! Bombacı kartı oyunda aktiv edilmir ! Yalnız 16 nəfərdən yuxarı oyunlarda 10 nəfər sağ qaldıqda Aparıcı kartını Bombacı kartı ilə əvəz edir və Bombacının aktiv olduğunu elan edir !

23) Əzrayıl » Bu kart oyunun ən güclü kartıdır və ölüm mələyi olaraq səs vermə istisna oyunda ölümsüzlüyü olan kartdır ! Gecəsi olan kartlar Əzrayılı hədəf alarsa, özləri ölürlər və Aparıcı Əzrayıldan hədəf seçməsini istəyir ! Əzrayılın hədəfi hansı kart olarsa sorğusuz deaktiv edilir !

24) Kabus » Bu kart gecəsi olmayan kartdır və oyunda Əzrayıl kartından istisna kim bu kartı hədəf alarsa, hədəfi boşa çıxmış sayılır !

25) Şanslı Vətəndaş » Bu kart sivil kartlar sırasındadır və iki canı olan kartdır və ilk hədəf alındıqda bir canını itirir və ikinci dəfə eyni silahla vurula bilməz ! Bu kartı ilk hədəfdə Killer və Əzrayıl deaktiv edə bilər !

26) Linc » Bu kart oyunda Əzrayıldan son 2-ci öıümsüz mələy kartına sahibdir ama bir tək Əzrayıl deaktiv edə bilər və Linc kartı Əzrayıl istisna gecə boyunca yəni ardıcıl davam edən gecələrin hər səfərində 1 oyunçunu öldürə bilər !

27) Rembo » Bu kart oyunun gecəsiz kartlarındandır İstədiyi zaman əl qumbarasını işə salaraq 2 oyunçunu öldürüb oyunnan kənarlaşdıra bilər ! Təbii ki özüdə ölmüş olacaq !

28) Sehirbaz » Bu kart oyunun gecəsiz kartlarındandır Sehirbaz, Aparıcıya yazır mənə Mafialardan birini de Aparıcı da deyir və oyunnan kənarlaşdırır bir şeydə var ki ölüm təhlükəsi altında kı birini xilas edə bilər yəni istədiyi zaman gecələrin fərqinə baxmayaraq yalnız bir nəfəri qoruyaraq gecələrdən xilas etmiş olacaq gecələrin də fərqi yoxdu kim olur olsun oldurə bilməz Sehirbaz kartı oyunda sadəcə bir dəfə uzə cixar !

29) Vəkil » Bu kart oyunun gecəsiz kartlarindandır və istədiyi oyunçuya Vəkillik edərəy gecələrdən qoruyur Aparıcı qorunana şəxsi yazaraq Vəkilin kim olduğunu bildirir əgər Vəkilə səs verərsə aftomaik Vəkilin qoruduğu ölür yəni fərqi yoxdu səs vermələrin sayi 1-di 2-di 5-di və yadımnan cıxdı kimi sözler olmasın !

30) Tüfənkli Nənə » Bu kart gecəsi olan kartlardandır hər gecədən 1 yəni ardıcılıqla davam edən gecələrdən 1 istədiyi oyunçunu seçib oyunnan kənarlaşdıra bilər ! Hədəfi Əzrayıl olarsa özü oləcək aftomatik əgər oyunda təsadüfən hədəfi Kamissar olarsa Tüfənkli Nənə də ölür Kamissar da ölür Tüfənkli Nənə, Don Mafianı hədəf alarsa Don Mafia da ölür Tüfənkli Nənədə !

Mafia Club
Online Mesaj
Dəhliz
Style Rəng Seçimi